Abşeron rayonunda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfər bəlli olmayan bir vədlə rayon sakini Elnur Kəlbizadədən 200 manat pul alıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, sonradan aldadıldığını görən zərərçəkmiş məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət edib.
Polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində dərhal özünü polis kimi təqdim edən dələduz saxlanılıb və vətəndaşa dəyən ziyan geri ödənilib.
Qeyd edək ki, Elnur Kəlbizadə tarix elmlər doktoru, dosentdir. O, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiridir.