Azərbaycanda ata övladını bilmədən belə öldürdü - YENİLƏNİB
24 may 2022 10:23 (UTC +04:00)

Azərbaycanda ata övladını bilmədən belə öldürdü - YENİLƏNİB

Lənkəranda azyaşlı N. Quluzadənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Horavenc kənd sakini Zöhrab Quluzadə oğlu 9 yaşlı Nemət Quluzadəni həmin kənddə özünün “ZİL” markalı avtomobilinin qabaq buferində əyləşdirib. Daha sonra onu idarə etməyə başlayıb. Bu zaman uşaq müvazinətini itirərək yerə yıxılıb və yük maşınının sağ təkəri altında qalıb.

Onu dərhal rayon mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

***

23.05.2022

Saat: 19:12

Daxili İşlər Nazirliyi Lənkəranda həkimin döyülməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, hadisə ilə bağlı ekspertiza təyin edilib:

"Dünyasını dəyişən şəxsin qardaşı Lənkəran rayon Mərkəzi Xəstəxanasında xidmət personalla mübahisə yaradıb. İki nəfərə xəsarət yetirib. Hazırda faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. Təfərrüatlar ətraflı araşdırmanın nəticəsində müəyyən olunacaq və məsələyə hüquqi qiymət veriləcək".

 

***

13:13

Azərbaycanda 9 yaşlı uşaq faciəvi şəkildə ölüb.

Lent.az xəbər verir ki, hadisə Lənkəran rayonu, Beleton kəndində qeydə alınıb. Kənd sakini 9 yaşlı Nemət Quluzadə yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. 

Təcili xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun atası Zöhrab Quluzadə buna görə rayon xəstəxanasının həkimi Cəmil İbadullayevi döyüb.

Faktla bağlı araşdırma aparılır.

# 11556
avatar

Mehman Nəbiyev

Oxşar yazılar