Biləsuvarda qadın qarət olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, F.Əbilovaya məxsus içərisində qızıl-zinət əşyaları və sənədləri olan çanta oğurlanıb.
Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini R.Qənbərova saxlanılıb.