Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsində yerləşən kafelərin birində qeydə alınıb.
Orta yaşlı kişi sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, onu oğlu bıçaqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.