Azərbaycanda nazirliyi məhkəməyə verən şəxs HƏBSDƏ ÖLDÜ
21 dekabr 2022 12:00 (UTC +04:00)

Azərbaycanda nazirliyi məhkəməyə verən şəxs HƏBSDƏ ÖLDÜ

Bakıda daha bir məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan Əflatun Qorxmaz oğlu Bəkirov vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Ə.Bəkirov bir neçə il əvvəl həbs edilib.

Mətbuatda yayılan məlumatlara görə, Ə.Bəkirov həbsdə olarkən Maliyyə Nazirliyini məhkəməyə verərək 100 min manat təzminat tələb edibmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3045
avatar

Oxşar yazılar