Tərtərdə ölümlə nəticələnən ağır yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində Heydər Əliyev prospektində qeydə alınıb. 24 yaşlı Sabirzadə Paşa Zöhrab oğlu idarə etdiyi "KİA Optima" markalı avtomobil 28 yaşlı Cabbarov Təbriz Elşən oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Prius" da eyni istiqamətdə hərəkətdə olan 36 yaşlı Səmədov R icay Etiqa oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı sərnişin daşıyan mikroavtobusla toqquşub.
Nəticədə "Prius"un sərnişini 30 yaşlı Rüstəmzadə Xəyal Natiq oğlu yerindəcə keçinib. Hər üç sürücü və həmçinin sərnişinlər 48 yaşlı Qurbanova Xatirə Elman qızı, 41 yaşlı Şahbazov Tural Qaçay oğlu, 32 yaşlı Nəcəfova Ceyhunə Novruz qızı, 12 yaşlı Nəcəfova Gülay Bəhruz qızı və 42 yaşlı Şahbazova Gülşən Süleyman qızı yaralanaraq, Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.