Biləsuvarda ağır yol-nəqliyyat hadisəsində ölən yeniyetmə məktəbi bul il bitiribmiş.
Lent.az-ın əldə etdiyi məlumata görə, mərhum 17 yaşlı Alişan Məmmədov Cəbrayıl rayon İ. Tahirov adına Mehdili kənd orta məktəbi bu il bitirib.
Alişan Məmmədov
***
Saat: 13:57
Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilən 5 saylı qəsəbədə qeydə alınıb. 23 yaşlı Əliyev Fuad Ələmdar oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə ötmə əməliyyatı edərkən əks yola çıxıb. Bu zaman qəsəbə ərazisi daxili yola dönən 40 yaşlı Babayev Xalid Sədrəddin oğlunun idarə etdiyi "KaMAZ" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilinin sərnişini, 17 yaşlı Məhərrəmov Alişan Vidadi oğlu aldığı xəsarətlərdən Şirvan şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.