Masallı rayonunda 16 yaşlı qıza nişan mərasimi təşkil etmək istəyən valideynlər saxlanılıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Sığınacaq kəndində baş verib.
Qeyd olunur ki, kənd sakinləri – 16 yaşlı qızla 31 yaşlı kişinin valideynləri onlara bu axşam nişan məclisi təşkil etmək planlaşdırıblar. Daha sonra Masallı rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə cəlb olunub. Qızın atası Polis Şöbəsinə gətirilib.
Masallı rayon Polis Şöbəsində həmin şəxslə profilaktik söhbət aparılıb, qanunamüvafiq tədbirlər görülüb.
Hadisəni DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polsi baş leytenantı Məhəmməd Rzayev də Lent.az-a təsdiqləyib.