Qax rayonunun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, nəticədə “Mercedes”də olan sərnişinlər, rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mməlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.