Azərbaycanda doğuş zamanı körpə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Abşeron rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Burada rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. Günorta saat 14 radələrində isə körpə ölü doğulub.
Məlumata görə, körpənin həkim səhlənkarlığından öldüyü bildirilir. Belə ki, zərərçəkmiş şəxsin iddiasına görə, doğuşu həyata keçirən ginekoloq şəxsən tam olaraq, əməliyyatda iştirak etməyib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi əsasında, doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu 43 yaşlı Arzu Bədəlova istintaqa cəlb olunub. Onun barəsində məhkəmə heç yerə getməmək qaydasında iltizam tədbiri seçib.
Cinayət işinin istintaqına Abşeron rayon Məhkəməsində baxılacaq.