Azərbaycanda kişi arvadının intiharına  görə həbs edildi
25 dekabr 2023 17:00 (UTC +04:00)

Azərbaycanda kişi arvadının intiharına görə həbs edildi

Azərbaycanda kişi arvadının intiharına görə həbs edilib.

Neftçala rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Neftçala rayonu, Xəzər kənd sakini 47 yaşlı Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Aydın Xəlilovun arvadı Qızqayıd Xəlilovanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Neftçala rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4524
avatar

Oxşar yazılar