Azərbaycanda İrana görə tutulan daha 4 nəfərin kimliyi məlum olub.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, onlar Mayıl Kərimov, Bəxtiyar Babaşov, Murad Yarıyev və Amal Əhmədlidir.
Adıçəkilən şəxslər yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.
Lent.az-ın əldə etdiyi məlumata görə isə, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.