Azərbaycanda 1 il əvvəl özünü öldürən şəxsin gizlicə dəfn edildiyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Gədəbəy rayonunun Söyüdlü kəndində qeydə alınıb.
Araşdırmalarla müəyyən edilib ki, ötən ilin mart ayında qəfil vəfat etmiş kimi qeydiyyata alınan 35 yaşlı Akif Abdullayev yaşadığı evin həyətində özünü asıbmış.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalara başlanılıb.