Ağdamda iki uşaq anası 33 yaşlı qadın intihar edib.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Ayaq Qərvənd kəndində baş verib.
Kənd sakini İsmayılova Rəqsanə Vahid qızı özünü yaşadığı həyətdə asıb.
Hadisənin səbəbi məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaya başlayıb.