Azərbaycanda iki azyaşlı ZƏHƏRLƏNDİ:  biri öldü
06 aprel 2022 14:51 (UTC +04:00)

Azərbaycanda iki azyaşlı ZƏHƏRLƏNDİ: biri öldü

Qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

KTM-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F 13:08-də vəfat edib.

Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır.

Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4044
avatar

Aytəkin Cəlali

Oxşar yazılar