Azərbaycanda həkimi diplomu ilə ŞANTAJ ETDİLƏR
08 aprel 2022 18:14 (UTC +04:00)

Azərbaycanda həkimi diplomu ilə ŞANTAJ ETDİLƏR

Azərbaycanda diplomsuz həkim şantaj olunub.

Lent.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən “Kristal Dent” klinikasının həkimi Türkan İbrahimova polisə müraciət edərək, şantaj olunduğunu bildirib. Belə ki, Amil adlı şəxs klinikada yoxlama aparıldığını bildirərək, onun diplomunun olmaması barədə akt tərtib etməməsi üçün 10 min manat pul tələb edib.

T.İbrahimovanın şikayəti əsasında keçirilən tədbirlər nəticəsində onu şantaj edən şəxsin Amil Əliyev olması müəyyən edilərək, saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3585
avatar

Mehman Nəbiyev

Oxşar yazılar