Şəkidə məhkum ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Şəki Penitensiar Müəssisəsinin Ağır rejimli korpusunda qeydə alınıb. Burada saxlanılan Balakən rayon Gərəkli kənd sakini 46 yaşlı Qardaşov Rəşad Rafiq oğlu ürək ağrıları ilə əlaqədar cəzaçəkmə müəssisəsinin tibb hissəsinə müraciət edib.
Ancaq o, elə həkim otağındaca dünyasını dəyişib.
Kamera yoldaşlarının dediklərinə görə, R. Qardaşov son zamanlar ürək ağrılarından şikayət edirmiş.
Qeyd edək ki, R. Qardaşov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə təqsirli bilinib.
Faktla bağlı araşdırma aparılır.