Şəkidə 61 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 16 radələrində Şəki şəhərində baş verib.
Şəhər sakini Xatın Nəsrulla qız İsaqovanın meyitini yaşadığı evin vanna otağında ailə üzvləri aşkar edib.hadisə bu gün saat 16 radələrində Şəki şəhərində baş verib.
Xatın İsaqovanın dəm qazından boğularaq öldüyü məlum olub.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.