Şəkidə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Suçma kəndində baş verib. Kənd sakini 21 yaşlı Abdurahamanova Nuray Ələsgər qızı evin həyətindəki tualetdə özünü asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.