Azərbaycanda  gənc qadın   və yaşlı kişi intihar etdi
12 avqust 2022 09:35 (UTC +04:00)

Azərbaycanda gənc qadın və yaşlı kişi intihar etdi

0

Azərbaycanda daha 2 nəfər intihar edib. 

Lent.az-ın məlumatına görə, hadisələrdən biri Goranboy rayon mərkəzində  qeydə alınıb. Rayon sakini, 2 uşaq anası olan 29 yaşlı Esmira Ağəmmədova  yaşadığı evdə özünü asıb.           

Digər hadisə Hacıqabul rayonu, Meyniman kəndində baş verib. Kənd sakini, 67 yaşlı Qulam Babayev yaşadığı evdə telefon naqili ilə özünü asaraq intihar edib.       Onun psixi xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.        

Hər 2 faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4934

Oxşar yazılar