Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.
APA-nın Mingəçevir bürosunun məlumata görə, hadisə Aydın Məmmədov küçəsi 8/5 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb. Orada yaşayan, 34 yaşlı Bayramzadə Əfsanə İlyas qızı hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.