Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bakı şəhər sakini, 25 yaşlı Eyvazov Əliəhəd Mehman oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.
Ə. Eyvazov ilkin ifadəsində sevdiyi qızın ailəsinin onu yandırdığını bildirib.
Xəstəxanadan verilən məlumata görə, Ə. Eyvazova ilkin yardım göstərilib, ailəsi onun müalicənin davam etdirmək üçün Bakı şəhərinə aparıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.