Siyəzəndə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 24-də rayonun Gilgilçay qəsəbəsində qeydə alınıb. 21 yaşlı Abdulrəhimov Şaiq Şöhrət oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.