Salyan rayonunun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
07:15
Salyandakı yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, yanğın baş verən evdə Kürkəndi kənd sakinləri, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızınıın yanmış meyitləri aşkar olunub.
***
06.43
Salyanda baş verən yanğında ər və arvad yanaraq ölüb
Lent.az-ın APA-ya istinadla məlumatına görə, səhər saatlarında Salyan rayonunun Kürkəndi kəndində fərdi yaşayış evi yanıb.
Hadisə yerinə FHN Salyan Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və əməkdaşları cəlb olunub. Yanğın söndürüləndən sonra orada ər və arvadın meyitləri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.