Azərbaycanda evdən gedən kişi axtarılır
24 mart 2021 12:45 (UTC +04:00)

Azərbaycanda evdən gedən kişi axtarılır

Yevlax sakini itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Yevlax şəhər sakini, 69 yaşlı Məmmədov Ağamusa Məhəmmmədəli oğlu martın 3-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun üzərində boz rəngdə jilet, jaket, şalvar və qara rəngli ayaqqabı olub. 

Ağamusa Məmmədovu görənlərdən Yevlax Rayon Polis Şöbəsinin 0223364502, 0514681111 və ya itkin düşən şəxsin ailəsinə məxsus 0558580148 nömrələri ilə əlaqə saxlamağı xahiş olunur. 

# 1413
avatar

Oxşar yazılar