Fevralın 25-də Qax rayonu, Almalı kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları, 17 min dollar (təxminən 28 min 900 manat) və 10 min manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəki rayon sakinləri Ş.Balıyev və əvvəllər məhkum olunmuş N.Abdulkərimov saxlanılıblar.