Azərbaycanda ər-arvad dəm qazından zəhərləndi
24 yanvar 2022 15:43 (UTC +04:00)

Azərbaycanda ər-arvad dəm qazından zəhərləndi

Siyəzəndə iki nəfər dəm qazından zəhərlənib.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Zarat kəndində qeydə alınıb. Kənd sakinləri - 48 yaşlı Fərzəliyev Güləddin Şərafəddin oğlu və həyat yoldaşı, 42 yaşlı Fərzəliyeva Mina Vaqif qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olublar. Onların dəm qazından zəhərləndiyi bildirilir. 

Araşdırma aparılır. 
 

# 1425
avatar

Mehman Nəbiyev

Oxşar yazılar