Azərbaycanda əmisinin qaçırıb təcavüz etdiyi qızla bağlı  YENİ XƏBƏR
22 dekabr 2021 10:48 (UTC +04:00)

Azərbaycanda əmisinin qaçırıb təcavüz etdiyi qızla bağlı YENİ XƏBƏR

Yevlaxda 13 yaşlı qızı qaçıran əmisi Elçin Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.

E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Qeyd edək ki, Eş Mustafayevin qardaşı qızını qaçırması və 13 yaşlı qızın itkin düşməsi ilə bağlı xəbəri ilk APA yayıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3600
avatar

Oxşar yazılar