Azərbaycanda "doğulmayan"  şəxsə sürücülük vəsiqəsi verildi - Polisdən REAKSİYA
16 avqust 2022 17:58 (UTC +04:00)

Azərbaycanda "doğulmayan" şəxsə sürücülük vəsiqəsi verildi - Polisdən REAKSİYA

Azərbaycanda daha bir şəxsə sürücülük vəsiqəsi verilərkən doğum tarixində kobud səhvə yol verilib.

Lent.az xəbər verir ki, bu barədə foto sosial şəbəkədə yayılıb.

Bu dəfəki səhvdə isə doğum tarixi keçmişə deyil, düz 6397 il gələcəyə gedib çıxır.

Belə ki, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Musayev Abbas Həsən oğlunun doğum tarixi 8419-cu il olaraq göstərilib.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məsələyə münasibət bildirirkən, həmin vəsiqədə göstərilən doğum tarixindəki səhvin düzəldildiyini qeyd edib:

“Həmin şəxsin müraciəti əsasında vəsiqədəki səhv dərhal aradan qaldırılıb. Belə ki, orada göstərilən 8419-cu il 1984-cü il ilə əvəz edilib. Hazırda sistemdə də 1984-cü il kimi qeyd olunub".

Mübariz Ağayev həmçinin ötən gün sosial şəbəkələrdə fotosu yayılan və hazırda sözügedən vəsiqələrin köhnə olduğunu bildirib:

“Doğum tarixi yanlış olan Niyaməddin Balayev və Abbas Musayevə məxsus hər iki vəsiqənin etibarlılıq müddəti 2016-cı il aprelin 4-də və 2018-ci ilin fevral ayında bitib. Abbas Musayev 2018-ci ilin aprelində vəsiqəsini yeniləsə də, N. Balayevin vəsiqəsi hələ də etibarsızdır. Hazırda Abbas Musayevin vəsiqəsində hər hansı problem yoxdur. Yəni, doğum tarixində yanlışlıq olan və sosial şəbəkələrdə paylaşılan hər iki vəsiqə köhnədir. Ola bilsin ki, doğum tarixində səhv olan vəsiqələr alınan kimi fotosu çəkilib. Onlar yenilənsələr də, sonradan naməlum səbəbdən paylaşılıb.

Vətəndaşlara müraciət edərək bildirirəm ki, əgər bu kimi texniki səhvlərlə rastlaşsalar Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbəsinə, yaxud “Asan Xidmət” mərkəzlərinə gedərək problemi aradan qaldırsınlar”.

Səhv olan sürücülük vəsiqəsi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5769
avatar

Mehman Nəbiyev

Oxşar yazılar