Azərbaycanda daha iki nəfər dəm qazının qurbanı olub.
Lent.az xəbər verir ki, hadisələrdən biri Bakının Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Tahir Ağayev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Gədəbəy rayonunda 54 yaşlı qadın da dəm qazından boğulub.
Zəhmət kənd sakini 1972-ci il təvəllüdlü Rəxşəndə Rzayeva yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb.