Azərbaycanda daha bir  AİLƏ FACİƏSİ:   Arvadını güllələdi, qohumunu...
09 fevral 2022 11:43 (UTC +04:00)

Azərbaycanda daha bir AİLƏ FACİƏSİ: Arvadını güllələdi, qohumunu...

0

Yevlaxda qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Yevlaxın Hacıselli kəndində qeydə alınıb. Kənd sakini Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 45 yaşlı Qarayeva Elnarə Qafar qızına odlu silahdan atəş açıb. Qadın yerindəcə keçinib. Hadisənin səbəbi hələlik məlum deyil.

Həyat yoldaşını qətlə yetirən Mehdi Qarayev, həmçinin qonşuluqda yaşayan və qohumluq əlaqəsi olan, 63 yaşlı  Qarayev İldırım Zirəddin oğlunu yaralayıb. Zirəddin Qarayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.

Məlumata görə, Mehdi Qarayev bir il əvvəl həyat yoldaşına balta ilə ağır xəsarətlər yetirib. O, bu əməli törətdikdən sonra saxlanılsa da, bir müddət sonra azadlığa çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2560

Oxşar yazılar