Daxili İşlər Nazirliyi Salyanda baş verən silahlı insident barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirib ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində yerləşən fermaların birində baş verib:
“Fermada çalışan R.Salmanov aralarında yaranmış mübahisə zəminində fermanın sahibi F.Misgərliyə odlu silahdan atəş açaraq xəsarət yetirib.
R.Salmanov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan bir ədəd təklüləli ov tüfəngi maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir”.
***
saat 11:36
Salyan rayonunda silahlı insident olub.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Salyan sakini, Misgərli Faiq Böyükağa oğlu rayon ərazisində yerləşən fermer təsərrüfatlarından birində güllələnib. Xəsarət alan şəxs Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Onun çoban tərəfindən güllələndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.