Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkərançay çayının Lənkəran şəhəri, Sütəmurdov kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, meyitin çaydan çıxarılmasına kömək məqsədilə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.