Xaçmazda çay kənarında insan sümükləri tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, naməlum insan sümükləri Qudyalçayın sahilində aşkarlanıb. Sümüklərin kimə məxsus olmasını müəyyənləşdirmək üçün müvafiq ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra ölən şəxsin kimliyini və səbəbini müəyyənləşdirmək mümkün olacaq.
Faktla bağlı araşdırmalar davam etdirilir.