Azərbaycanda bir gündə 3 nəfər  özünü öldürdü
11 avqust 2022 09:17 (UTC +04:00)

Azərbaycanda bir gündə 3 nəfər özünü öldürdü

Azərbaycanda bir gündə 3 nəfər intihar edib. 

Lent.az-ın məlumatına görə, hadisələrdən biri Lənkəran şəhərində qeydə alınıb. Şəhər sakini, 81 yaşlı Telman Kazımov yaşadığı evdə özünü asıb.              

Digər intihar hadisəsi Novxanı bağlarında qeydə alınıb. baş verib. Məlumata görə, 33 yaşlı Asif Əsədullayev elektrik naqili ilə özünü asıb.                                

Ötən günün növbəti intihar hadisəsi isə Şəmkirin Dəllər Cəyir kəndində olub. Kənd sakini, 43 yaşlı Ramil Əliyev özünü asaraq həyatına son qoyub.          

Hər 3 faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır.

# 4974
avatar

Oxşar yazılar