Azərbaycanda bir ailənin 6 üzvü zəhərləndi -  YENİLƏNİB
27 yanvar 2021 11:47 (UTC +04:00)

Azərbaycanda bir ailənin 6 üzvü zəhərləndi - YENİLƏNİB

"Qobustanda dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər". 

Bu barədə APA-ya Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn bildirib. Onun sözlərinə görə, zəhərlənənlərə ambulator xidmət göstərilib: "Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb".

***

10:25

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri, 18 yaşlı Rəhimli Zərifə İlham qızı, 14 yaşlı Rəhimli Elçin İlham oğlu, 6 yaşlı Rəhimli Elnur İlham oğlu, 39 yaşlı Rəhimova Rəna Əli qızı, 67 yaşlı  Rəhimova Qənifə Ağaşiraz qızı və 77 yaşlı Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə  dolan dəm qazından zəhərləniblər.

Ailə üzvləri Qobustan rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1988

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15