Lənkəranda intihar hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Lerik rayonu, Hamarmeşə kənd sakini Rəşad Ramiz oğlu Kərimov Lənkəran rayonu, Rvo kəndindəki şadlıq sarayının arxasındakı meşə massivində özünü asaraq intihar edib.
R.Kərimovun intihar etməsinin səbəbləri hələki məlum deyil.
Qeyd edək ki, özünə qəsd edən Rəşad Kərimov banklardan birinin Lənkəran filialının işçisi olub.