Füzulidə qəza törədən avtomobil
06 avqust 2021 13:14 (UTC +04:00)

Füzulidə qəza törədən avtomobil

Azərbaycanda ayaqsız sürücü maşını aşırdı: ölən var - FOTO

Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə ötən gün saat 13:20-də rayonun Aşağı Mollaməhərrəmli kəndi ərazisində  qeydə alınıb. “Tavriya” markalı, nəqliyyat vasitəsinin sürücüsü, sağ ayağı amputasiya edildiyi üçün fiziki məhdudiyyəti olan kənd sakini, 67 yaşlı Tahirov Malik Mahmud oğlunun idarəetməni itirməsi səbəbindən avtomobil ağaca çırpılaraq aşıb. Qəza nəticəsində sürücü M.Tahirov hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6699
avatar

Mehman Nəbiyev

Oxşar yazılar