Azərbaycanda avtobus yük maşını ilə toqquşdu:  Üç nəfər öldü   - YENİLƏNİB
29 mart 2022 14:15 (UTC +04:00)

Azərbaycanda avtobus yük maşını ilə toqquşdu: Üç nəfər öldü - YENİLƏNİB

0

Ağstafada baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, qəzada xəsarət alan 56 yaşlı Vəliyeva Mirvari Mikayıl qızı Qazaxda xəstəxanada ölüb.

***

13:05

Ağstafada baş verən yol qəzasında 2 nəfər ölüb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində “Mersedec-Sprinter” markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub. 

Qəza nəticəsində 2 nəfər - Ağstafa rayon sakini, 61 yaşlı Məmmədova Familə Fərman qızı, Qazax rayon sakini - 60 yaşlı Nağıyev Mail Hüseyn oğlu hadisə yerində ölüb. Yaralanan 19 yaşlı Qasımov Nicat Əli oğlu, 71 yaşlı Əmiraslanov Əmialı İnəci oğlu və daha 3 nəfər isə Qazaxda xəstəxanaya yerləşdirilib.

Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax xəstəxanalarına aparılıb.

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.

***

12:48

Ağstafa rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan avtobusla yük maşınının toqquşması nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6639

Oxşar yazılar