Xaçmazda ata və oğul bıçaqlanıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, şəhər sakinləri - 62 yaşlı Beykəs Süleymanov və onun 33 yaşlı oğlu Kamran bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkənlərin qohumu 22 yaşlı Nəriman Əsədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.