Azərbaycanda  arvadını öldürən kişi   TƏSLİM OLDU
18 mart 2023 16:51 (UTC +04:00)

Azərbaycanda arvadını öldürən kişi TƏSLİM OLDU

Martın 18-i-si saat 15 radələrində 53 yaşlı Sevda Ramazanovanın xəsarət alması və 28 yaşlı Əfsanə Ramazanovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı 32 yaşlı Fərmayil Əliyevin Astara rayonu, Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evlərindən birində kəsici-deşici alətlə qayınanası Kifayət Əsədovaya və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirməsi, sonuncunun aldığı xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

 

# 2208
avatar

Oxşar yazılar