Ağdamda ana övladları ilə birgə itkin düşüb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Ayaqqərvənd kəndində baş verib.
28 yaşlı Fərəcova Ülviyyə Tərlan qızı iki azyaşlı övladı - Polad və qızı Hədiyyə ilə birgə onların şəxsiyyət vəsiqələrini də götürərək yaşadığı evdən çıxıb. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.