Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə mayın 3-ü saat 17 radələrində rayonun Çinarlı kəndində qeydə alınıb. 36 yaşlı sürücü Əliyev Nəzarət Qiyamət oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili yolun kənarındakı istifadəsiz mebel sexinə çırpıb. Nəticədə özü hadisə yerində dünyasını dəyişib, sərnişini 25 yaşlı Mustafayev Elmar Rza oğlu isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.