Goranboyda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, yol qəzasında ağır xəsarətlər alan 1972-ci il təvəllüdlü Dilarə Əliyeva xəstəxanada vəfat edib.
Bununla da, qəzada ölənlərin sayı 3-ə çatıb.
***
Saat 14:17
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qızılhacıllı qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan “BMW” və “VAZ 21099” markalı iki avtomobilin toqquşması zamanı 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb. Qəza zamanı ölənlər 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz Əli qızı, 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızıdır.
Xəsarət alanlar isə 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı, 1984-cü il təvəllüdü Orucov İkram İbrahim oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.