Azərbaycanda 87 yaşlı qadın diri-diri yandı
25 fevral 2021 16:11 (UTC +04:00)

Azərbaycanda 87 yaşlı qadın diri-diri yandı

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15 radələrində rayonun Kürdşaban kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Muradova Elnarə Cəfər qızına məxsus ümumi sahəsi 110 kvadratmetr olan iki otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nəticədə ev içərisindəki əşyaları ilə birlikdə yanıb.

Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb və yanğın söndürülüb.

Yanğın kəşfiyyatı zamanı orada yaşayan, 87 yaşlı Mahmudova Badam Ağası qızının yanmış meyiti tapılıb.

Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2796
avatar

Oxşar yazılar