Neftçalada 71 yaşlı kişinin intihar etməsi ilə bağlı təfərrüatlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Bala-Surra kənd sakini Sadıqov Əflatun Lətif oğlu uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirərkən onun yazdığı məktubu da aşkarlayıblar. Ə. Sadıqovun intihar səbəbini elə həmin məktubda yazdığı müəyyən olunub.
Məktubda o, xəstəlik səbəbilə özünü öldürdüyünü bu sözlərlə izah edib: "Xərçəng xəstəliyindən əziyyət çəkirəm. Ağrılara dözə bilmirəm. Özüm bu yolu seçdim".
Hazırda faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.
***
Saat: 09:24
Neftçalada intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Bala-Surra kəndində qeydə alınıb. Kənd sakini 71 yaşlı Sadıqov Əflatun Lətif oğlu yaşadığı evin həyətindəki çardaqdan özünü asıb.
Faktla bağlı araşdırma aparılır.