Azərbaycanda 57 yaşlı qadın ana oldu - 15 İL SONRA...
27 avqust 2022 21:55 (UTC +04:00)

Azərbaycanda 57 yaşlı qadın ana oldu - 15 İL SONRA...

57 yaşlı qadın TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 15 il sonsuzluq sonrası ana olub.

Lent.az xəbər verir ki, bundan öncəki hamiləliyinin 21-ci həftəsində körpəsini itirən qadın ikinci hamiləliyinin 37-ci həftəsində ETMGİ-nin elmi katibi, həkim mama-ginekoloq t.ü.f.d., dosent Aynurə İsmayılovaya müraciət edib. Yüksək riskli hamiləlik, hamiləliyin hipertenziyası, uşaqlığın mioması kimi problemlərə baxmayaraq hamiləliyin 38-ci həftəsində A.İsmayılova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra edilib. Cərrahi doğuş zamanı dölün ayaq gəlişində olması, ciftin sıx yapışması səbəbindən çətinliklə ayrılmasına baxmayaraq əməliyyat uğurla sonlanıb və cinsi kişi olan sağlam körpə dünyaya gəlib.  

Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ultrasəs müayinəsi zamanı uşaqlıqda heç bir problem aşkar edilməyib. 

Ana əməliyyatdan üç gün sonra körpəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5376
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21