Azərbaycanda 5 il əvvəl sevgilisini öldürən oğlanın ATASI DA TUTULDU  - TƏFƏRRÜAT
19 mart 2022 16:12 (UTC +04:00)

Azərbaycanda 5 il əvvəl sevgilisini öldürən oğlanın ATASI DA TUTULDU - TƏFƏRRÜAT

0

Bir neçə gün əvvəl Ağsu rayonunda 5 il əvvəl törədilən dəhşətli qətlin üstünün açılması barədə xəbər vermişdik.

Daxili İşlər Nazirliyi həmin cinayət hadisəsi ilə bağlı daha iki nəfərin tutulduğunu açıqlayıb.

Nazirliyin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar.

Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.

Xatırladaq ki, martın 18-də Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda A.Qəhrəmanovanın qətlinə görə Asif Manafovun şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5623

Oxşar yazılar