Azərbaycanda 5 ay əvvəl yoxa çıxan kişi  AXTARILIR   - FOTO
28 yanvar 2022 16:48 (UTC +04:00)

Azərbaycanda 5 ay əvvəl yoxa çıxan kişi AXTARILIR - FOTO

0

Salyanda kişi itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Salyan rayonu, Kolanı kənd sakini, 38 yaşlı Müslüm Xəlilov 2021-ci il sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Müslüm Xəlilovun boyu 174 sm, arıq bədən quruluşlu, saçlarının rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Müslüm Xəlilov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1810

Oxşar yazılar