"Ötən il 268 kriminal qrup zərərsizləşdirilib".
Lent.az-ın məlumatına görə, bunu daxili işlər naziri Vilayət Eyvazov ötən ilin yekunları ilə bağlı kollegiya iclasında deyib.
Nazirin sözlərinə görə, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib.